Erməni qoşunları bu ərazilərdən geri çəkilir

“Ermənistanın 3-cü ordu korpusunun komandiri Alik Tsakanyan satqındır, Tavuş istiqamətində qoşunları geri çəkib”.

Globalinfo.az xəbər verir ki, bunu ehtiyatda olan erməni polkovnik Qriqor Qriqoyan deyib.

Polkovnik bildirib ki, Qazaxın təhvil verilən kəndlərindəki erməni birləşmələrinə geri çəkilmək əmri verilib:

“3-cü ordu korpusu həmişə Ermənistan ordusunun elitası, ən yaxşı birləşmələrindən olub. Dəfələrlə döyüşlərdə uğurlu nəticələr göstərib. Lakin korpusun hazırkı komandiri Alik Tsakanyan İrəvanın göstərişinə əsasən bölmələrə geri çəkilmək əmri verib. Əmri verənlərdən biri də baş qərargah rəisidir.

Həmin ərazilərə sərhədçilərin yerləşdiriləcəyi deyilir. 3-cü ordu korpusunun bölmələri isə döyüş mövqelərini tərk edirlər”.

Ayşən Mustafa
Globalinfo.az