WhatsApp Image 2024 05 31 at 00.55.33

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində daha bir ölüm halı qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, hadisə zamanı çağırışçılardan biri ona təhkim olunmuş silahdan istifadə edərək digər hərbçini güllələyib. Nəticədə hərbçi aldığı güllə yarasından ölüb.

Məlumata əsasən, hadisəyə mübahisə zamanı işlədilən təhqiramiz ifadənin səbəb olduğu bildirilir. İddialara görə, söyüşə məruz qalan hərbçi silahı götürərək ona təhqiramiz ifadə işlədən hərbçiyə atəş açıb.

Ermənistan Müdafiə Nazirliyinin hadisə ilə bağlı hələlik açıqlama vermədiyi qeyd olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: