Qərb Qarabağ məsələsini alovlandırır – Danielyan

“Hazırda Qərblə Rusiya arasında Azərbaycan uğrunda mübarizə gedir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O, Azərbaycanın ciddi geosiyasi əhəmiyyəti olduğunu bildirərək Qarabağ məsələsini bəzi dairələrin məqsədli şəkildə aktual saxladıqlarını söyləyib:

“Azərbaycan İranla Rusiya arasında körpü ola bilər. Buna görə də sülh müqaviləsinin hansı platformada imzalanacağı ilə bağlı suallar yaranır. Bakı həm Qərb, həm də Rusiyanın maraqlarını nəzərə alaraq ortaq yol formalaşdırır. İranla Rusiya arasında Azərbaycan ərazisindən keçən dəmiryolu, həmçinin Ermənistanın da ərazisindən keçməklə Rusiya ilə Türkiyə arasında əlaqə yaradacaq yolun tikintisini dəstəkləyir. Qərb bunu görür və Qarabağ məsələsini alovlandırmağa çalışır. Onun əsas məqsədi Rusiyanı regiondan çıxarmaqdır. Danışıqlar Qərb formatına uyğun getdikdə isə Rusiya fəallaşmağa başlayır”.

Ayşən Mustafa
Globalinfo.azv