Erməni politoloq Zaxarovanı təhqir etdi – VİDEO

Ermənistan Baş Qərargahı rəisinin sabiq müşaviri, tanınmış politoloq olaraq əksər verilişlərin sevimli qonağı olan Vladimir Poqosyan Rusiya XİN sözçüsü Mariya Zaxarovanı təhqir edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, erməni kanallarından birində qonaq olan Poqosyan Mariya Zaxarovanın “Qarabağın rəhbərliyini” (Qarabağdakı separatçı tör-töküntüsü) təhqir etdiyini, bu təhqirin “Qarabağ xalqına da” (Qarabağdakı erməni icması) aid olduğunu bildirib.

Poqosyan Zaxarovanı əyyaş (alkaş), meymun adlandırıb:

“Meymuna mənim xalqımı təhqir etməyə imkan vermərik”.