Erməni parlamentində şok olay: Qarabağdan danışdı, bunu etdi – VİDEO

Ermənistan parlamentində növbəti dəfə maraqlı qalmaqal baş verib.

Globalinfo.az xəbər verir ki, parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taquhi Tovmasyan çıxışında asambleyanın sədri və digər vəzifəli şəxslərin Qarabağla bağlı yalan açıqlamalar verdiyini iddia edib.

Çıxışını bitirən sədr tribunanı tutub və aşağı enməyib, başqalarının çıxışına icazə verməyəcəyini söyləyib. Digər deputatları da “tribunanı zəbt etmək” aksiyası keçirməyə səsləyib.

Ermənistan Parlamentinin sədri Alen Simonyan təhlükəsizlik qüvvələrini çağıraraq Taquhi Tovmasyanı və ona dəstək olan digər millət vəkillərini zaldan çıxartdırıb.

Ayşən Mustafa
Globalinfo.az