Separatcilar

Erməni mediası bu gün Dığ kəndindəki postlarda erməni və azərbaycanlı hərbçilər arasında dava düşdüyünü iddia edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Məlumatda vəziyyətin gərgin olduğu vurğulanıb.

Hələ ki sözügedən iddia ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yaymayıb.

Qeyd edək ki, ermənilərin sərhəddə təxribata cəhd edəcəyi gözlənilirdi.

***
16:27

Erməni mətbuatının yazdığına görə, Dığ kəndi ərazisindəki mövqelərdə atəşkəs pozulmayıb, lakin mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Paylaş: