Erməni idmançı Türkiyədə özünə olan münasibətdən danışdı

Ermənistanın gimnastika komandasının üzvü Artur Davtyan Türkiyənin Antalya şəhərində keçirilən Dünya və Avropa çempionatında ermənilərə olan münasibətdən danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Düzünü desəm, Türkiyədə olduğumuz üçün bir az çətin idi. Heç bir problem yox idi, bizi çox isti və yaxşı qarşıladılar. Çox şadam ki, bayrağımızı qaldıra və dövlət himnini səsləndirə bildim. Əslində, bunun harada baş verməsi önəmli deyil. Önəmli olan bacarmağımızdır. Gəlin, bunu bütün Avropada edək”, – A.Davtyan deyib.

Zaira Akifqızı
Globalinfo.az