Erməni hərbçiləri Xankəndini belə tərk edir – FOTO

Bu gün Xankəndidən gələn 183 nəfər Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan torpaqlarını tərk ediblər.

Globalinfo.az xəbər verir ki, sözügedən şəxslər tələbə adı altında keçid məntəqəsindən Ermənistan ərazisinə gediblər.

Məlumata görə, 183 nəfərdən 155-i Ermənistan, 26-sı Rusiya, 2-si isə Ukrayna vətəndaşı olub.

Qeyd edək ki, artıq bir neçə gün öncədən etibarən Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri hazırda tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edirlər.