Erməni hərbçilər bu dəfə pişiyi təxribatlarına alət etdilər – FOTOLAR

pisik 9

Xəbər verdiyimiz kimi, bir neçə gündür Ermənistan ordusu təmas xəttində atəşkəsi pozur.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, atəşkəsin pozulmasının fonunda erməni hərbçilərin təhrikedici və ya intizamsız davranışları da diqqət çəkir. Belə ki, bir neçə gün əvvəl erməni hərbçinin ordumuza məxsus posta doğru daş ataraq təhqiramiz hərəkətlər etməsindən sonra bu dəfə onlar üzərinə söyüş yazılmış kağızı pişiyə yapışdıraraq postumuza göndəriblər.

Aydın məsələdir ki, Azərbaycan videodakı bu hərbçini asanlıqla neytrallaşdıra bilərdi, amma təmkinli reaksiya verdi.

Baş verənlərin Ermənistan ordusunda nizam-intizam məsələsi, yoxsa Azərbaycanı təxribata çəkmək cəhdi olması da hələ aydın deyil. Bununla belə Ermənistan öz əsgərlərinin nizam-intizamına diqqət etməli və bu cür təxribatçıları cəzalandırmalıdır. Əks halda, bu cəzanı Azərbaycan özü təmin edəcək.

O da məlumdur ki, erməni hərbçilərin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulyativ məqsədləri üçün istifadə edir.

Bu məqamda Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimatını xatırlatmaq yerinə düşür. Necə olur ki, hökumət rəhbəri MN rəhbərliyinə tapşırıq verir, lakin əsgərləri yenə də təxribatlara əl atır. Bu isə Paşinyanın “Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, – açıqlamasına dair sual doğurur.

4340e3c1 9219 4459 b3c5 91556502d164
fbdc58a4 cc6e 4377 bd25 9af8e881b6e6