Erməni hərbçi itkin düşdü

Ermənistan ordusunun hərbçisi itkin düşüb.

Globalinfo.az xəbər verir ki, adı açıqlanmayan hərbçinin döyüş mövqeyini icazəsiz tərk etdiyi bildirilir.

Hazırda hərbçinin tapılması üçün axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, son zamanlar Ermənistan ordusunda intihar və ölüm halları artıb. Ordu daxilində gərginliyin olduğu, itkin düşən hərbçilərin sayının artdığı deyilir.

Ayşən Mustafa
Globalinfo.az