Erməni hərbçi harada ölüb? – Xəritə

“Əgər Kəlbəcər “təslim olmasaydı”, Vanik Arami Qazaryan ölməzdi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Kristin Vardanyan yazıb.

O bildirib ki, ötən gün erməni hərbçi Vanik Arami Qazaryanın öldüyü mövqe 2020-ci il müharibəsinə qədər Azərbaycan sərhədindən 110 km aralıda olub.

“Kəlbəcər itirilməsəydi, düşmən Axpradzoru atəşə tuta bilməzdi. Məhz Kəlbəcərin itirilməsi İrəvana hücumu asanlaşdıracaq”, – K.Vardanyan iddia edib.

Qeyd edək ki, ötən gün Ermənistan ordusunun təxribat törədən hərbçisi Vanik Arami Qazaryan güllə yarasından ölüb.

Tamerlan Yayaqan
Globalinfo.az