Ermənistan Müdafiə Nazirliyi hərbçinin meyitinin tapılması ilə bağlı məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, onun yanğın səbəbindən öldüyü bildirilib.
“Fevralın 6-da saat 13:20 radələrində döyüş mövqeyinə bitişik evdə baş vermiş yanğın nəticəsində N saylı hərbi hissənin ehtiyatda olan hərbçisi, 1985-ci il təvəllüdlü Qriqoryan Artur Varujanoviç həlak olub”, – məlumatda qeyd edilir.
Yanğın söndürülüb. Digər itkilər barədə məlumat yoxdur.
***
Ermənistan ordusunun 38 yaşlı hərbçisinin sərhəddə yanmış meyiti tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat verib.
Bildirilib ki, meyiti tapılan hərbçi təlim-məşq toplanışına cəlb edilibmiş.