Erməni əsgər vuruldu? – YENİLƏNDİ

Bu gün öldüyü deyilən erməni əsgərin Ermənistanın Armavir bölgəsindən Artyom Poqosyan olduğu bildirilir.

Hələ ki, Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yaymayıb.

***
15:25

Erməni mediası bir əsgərin snayperdən açılan atəşlə vurulduğunu yazıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Bildirilib ki, təcili yardım hadisə yerinə çatsa da, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Erməni mətbuatı onun guya Azərbaycan snayperinin açdığı atəş nəticəsində vurulduğunu iddia edib.

Qeyd edək ki, son vaxtlar Ermənistan ordusunda zorakılıq hallarının artması səbəbindən intiharlar baş verir.

Tamerlan Yayaqan
Globalinfo.az