Erməni ekstrasens: “Sentyabrda müharibə olacaq, Azərbaycan…”

Xəbərin ilk yayımı 02.08.2023 18:37-də olub.

“Mən 44 günlük savaşı öngörmüşdüm, onun haqqında danışmışdım, indi isə, təəssüf ki, yenidən sentyabrda müharibə təhlükəsi görürəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın gələcəyi ilə bağlı proqnozlarını açıqlayan məşhur erməni ekstrasens Arman Ayvazyan deyib.

“Bu dəfə müharibə çox çəkməyəcək, 5-6 gün davam edəcək. Düşmən Laçın dəhlizini tamamilə nəzarətə götürəcək. Təbii ki, bizim də itkilərimiz olacaq”, – deyə o, bildirib.

Ekstrasens həmçinin qeyd edib ki, ölkədə yaxın vaxtlarda hakimiyyət dəyişikliyi görünmür:

“2026-cı ildə biz hamıdan qurtulacağıq, demək olar ki, bütün sahələrdə uğur qazanacağıq”.

Zaira Akifqızı
Globalinfo.az