Erməni ekspert Polad haqda ağlasığmaz məlumat yaydı – VİDEO

***
11:31

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev Berlində təşkil edilən Xocalı soyqırımı tədbirindən paylaşım edib. Paylaşımda 44 günlük müharibədə hər iki ayağını itirən Polad Rzayevin iştirakından qürur duyduğunu bildirib və ona təşəkkür edib. Səfir mayorun Berlində müalicə aldığını və alman həkimlərin vasitəsilə hərəkətliliyinin bərpa edildiyini bildirib.

Globalinfo.az xəbər verir ki, erməni ekspert Harri Stepanyan bu paylaşıma münasibət bildirərək, mayorun adının Polad olmasını onun Polşa vətəndaşı olması ilə əlaqələndirib.

H.Stepanyan mayoru “polşalı muzdlu” adlandıraraq bunun Azərbaycanın II Qarabağ müharibəsində pakistanlı və suriyalı muzdlulardan istifadə etdiyini göstərdiyini iddia edib.

Ətraflı videoda:

Ayşən Mustafa
Globalinfo.az