Əliyevin bu sözləri erməniləri qorxuya salıb: “Naxçıvana yol da belə açılacaq”

“Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışına diqqət edin, açıq şəkildə Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının beynəlxalq aktorlarla razılaşdırıldığı deyildi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert, separatçıların nümayəndəsi, oyuncaq rejimin “keçmiş deputatı” Vahram Atanesyan deyib.

O bildirib ki, sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistana açıq mesaj idi:

“Əliyevin 21 iyuldakı çıxışını eşitmisiz? Bu məsələni açıq şəkildə vurğuladı. Adı keçən aktorlar kimlərdir: Vaşinqton, Moskva, ya Brüssel? Elə isə biz boşuna çalışırıq. Məntəqənin quraşdırılması Ermənistana birbaşa mesajdır. Naxçıvanla quru yolu da bu şəkildə açılacaq. O zaman Putin, Bayden və Makron nə edəcək? Birinə Naxçıvan yoluna nəzarəti Türkiyənin həyata keçirməsi və Qarabağdakı sülhməramlıların mandatının uzadılması lazımdır, digərinə Çindən Türkiyəyə birbaşa kommunikasiya və Rusiyanın Qarabağdakı hərbi mövcudluğunun aradan qaldırılması gərəkdir. Üçüncü isə qərarsızdır, bilmir Avropanın suveren mənafeyini güdsün, yoxsa ABŞ-a sığınsın. Qarabağdakı əhali isə heç kimin diqqətində deyil”.

Ayşən Mustafa
Globalinfo.az