erməni din

“Hazırda hakimiyyətdə olan siyasi qüvvələr Ermənistanda onlar üçün problem yaradan üç əsas məsələni həll etməyə çalışırlar.  “Artsax” artıq yoxdur, diaspor məsələsi praktiki olaraq həll edilib. Yeganə maneə erməni kilsəsidir. İndi polis bizim ailə üzvlərimizə qarşı zorakılıq tətbiq edir”.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri Mikael Ajapayan deyib.

“Hakimiyyət kilsənin susmasını və marionetə çevrilməsini istəyir, amma bunu bacarmırlar və ona görə də qəzəblənirlər. Bu səbəbdən də ailə üzvlərimizə qarşı zorakılığa əl atırlar. Bu haqda açıq danışmırıq, lakin vaxt gələcək, həmin polislər Ermənistanda yaşamağa cəsarət etməyəcəklər”, – o bildirib.

Ajapayan hakimiyyətin təlimatlandırdığı qüvvələrin kilsəyə qarşı mübarizədə uğur qazana bilməyəcəyinə əminliyini ifadə edib.

“Bu cəbhədə məğlub olacaqlar və erməni xalqı qalib gələcək. Çünki bütün digər sahələrdə hakimiyyətin qələbəsi xalqa ziyan vurub”, – erməni din xadimi vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: