Erməni deputatlar üçün parlament içkiyə milyonlar xərcləyib

Ermənistan parlamentinin içki düşkünlüyünü ifadə edən statistik məlumatlar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Qeyd edilir ki, parlament bir ay ərzində demək olar ki, 4 milyon dramlıq (10 min dollardan çox) konyak alıb.

Parlament spirtli içkini Tiqran Amasyanın sahib olduğu (“Vino Vino”) şirkətindən alıb. Sözügedən şəxsin İrəvan konyak zavodunun rəhbəri ilə yaxın əlaqədə olduğu bildirilir.

Qeyd edək ki, Ermənistan parlamentinin içkiyə böyük pullar xərcləməsi ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb.

Əliyar Xəlil
Globalinfo.az