Erməni deputatdan sülhməramlı açıqlaması: “Ola bilməz”

“Ermənistan öz ərazisindən keçən yollarda təhlükəsizliyi təmin etməyə qadirdir”.

Globalinfo.az dəbər verir ki, bunu erməni deputat Sarkis Xandanyan deyib.

Onun sözlərinə görə, rus sülhməramlıları Ermənistan ərazisində qalması mümkün deyil. Xandanyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatını təkrarlayıb və bildirib ki, sülhməramlıların Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələri ləğv edilməlidir.

“Mən düşünmürəm ki, Rusiya sülhməramlıları Ermənistan ərazisində qalmalıdır. Bu absurddur və ola bilməz”, – deyə Xandanyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az