İrəvanı təşvişə salan bomba burada partladı

f5dc2fc332460a 5dc2fc3324657

“10 gün əvvəl evimin yaxınlığında bomba partladı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülkü müqavilə” fraksiyasının deputatı Qaqik Melkonyan deyib.

Deputat 10 gündür bu məsələ ilə bağlı araşdırma aparıldığını bildirib:

“Evimin yaxınlığında, qonşumun həyətində bomba partladı. Artıq bir müddətdir hüquq-mühafizə orqanlarının əməkdaşları hələ də bununla məşğuldurlar. Partlayış olduqdan sonra hadisə yerinə gəldilər, ekspertiza apardılar, axtarış etdilər. Lakin hələ heç bir məlumat yoxdur”.

Xatırladaq ki, bir neçə gün öncə hakim “Mülkü müqavilə” partiyasının İrəvanda yerləşən ofisinin yaxınlığında bomba olması ilə bağlı da Ermənistan Daxili İşlər Nazirliyinə xəbərdarlıq edilmişdi.

Ayşən Mustafa
Globalinfo.az