Erməni deputat: Bakı Laçın dəhlizinə bu sistemi quraşdırır – FOTOSU YAYILDI

“Rəsmi Bakı Laçın dəhlizində rentgen-skaner qoymaqla Qarabağı Ermənistandan təcrid etmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan Blokunun deputatı Artur Xaçaturyan çıxış edib.

O, sözügedən addımın çoxdan proqnozlaşdırıldığını bildirib. Xaçaturyan bundan sonra Laçın dəhlizində Bakının sərhəd-keçid məntəqəsi quraşdırmasının an məsələsi olduğunu deyib. Deputat həmçinin Rusiya sülhməramlılarının Qarabağda qalmaq tarixinin uzadılacağına da şübhə ilə yanaşıb.

Müxalifətdən olan millət vəkili Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə ələ keçirmək ehtimalının da olduğunu söyləyib:

“Bakının real məqsədi Qarabağ yox, Zəngəzurdur. Azərbaycan Zəngəzura ilkin mərhələdə iddia edir, uzunmüddətli planda isə bütün Ermənistan var. Bundan sonra, yəqin, Ermənistan adlı kiçik torpaq parçası qalacaq, amma onun regionda heç bir çəkisi olmayacaq”.

Qeyd edək ki, bəzi erməni Teleqram kanalları Laçın dəhlizinin girişinə quraşdırılacaq mini gömrük postuna qoyulması nəzərdə tutulan rentgen-skaner sisteminin hansı formada olacağı ilə bağlı foto yayıblar. Sözügedən fotonu təqdim edirik:

İlkin
Globalinfo.az