Erməni deputat 4 kəndlə bağlı gerçəyi açıqladı

“Tavuşun Azərbaycanın tələb etdiyi 4 kəndi Ermənistanın deyil, onlar geri qaytarılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vahe Qalumyan jurnalistlərə açıqlamasında deyib.

Deputat həmin kəndlərin Azərbaycana məxsus olduğunu, demarkasiya komissiyasında məsələ ilə bağlı qərar veriləcəyini bildirib:

“Sərhədin demarkasiyası Tavuş bölgəsində aparılmalıdır. Sözügedən kəndlər Ermənistan Respublikasına aid deyil. Tavuş bölgəsinin tərkibində yerləşən, əslində isə Azərbaycana aid olan torpaqlar var. Bu məsələlərə komissiyanın iclasında aydınlıq gətirilməlidir. Bildiyimə görə, adıçəkilən kəndlərdə əvvəllər azərbaycanlılar məskunlaşıb. Onlar Azərbaycanın keçmiş yaşayış məntəqələri olub. Baş nazirin dediyi 31 kəndə isə Azərbaycan ordusu starteji mövqelərdən nəzarət edir”.

Ayşən Musafa
Globalinfo.az