Erməni agent Paşinyanla görüşdən şəklini “CANANƏ”yə göndərdi… – DTX görüntüləri yaydı / VİDEO (Yenilənib)

 2023.02.24 21:53 

Xəbər verdiyimiz kimi, İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

Globalinfo.az xəbər verir ki, filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycan vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə necə əlaqə qurmalarından bəhs olunub.

Filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Artur Arustamyanın Azərbaycan vətəndaşı ilə əlaqə qurması və ifşa olunması əks olunub.

A.Arustamyan “Cananə” şərti adı olan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ilə yazışmalara başlayır və ondan məlumatlar toplamağa çalışır. Daha sonra isə A.Arustamyan “Cananə”yə aşiq olur və özü haqqında bir çox məsələləri ona etiraf edib.

“Baş tutmayan tələ” sənədli filmində erməni agentin səs yazısı və görüntüləri də əks olunub.

O, hətta kimliyini isbat etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanla olan iclasdan şəklini də “Cananə”yə göndərir.

Qeyd edək ki, A.Arustamyan sosial şəbəkələr vasitəsilə müxtəlif Azərbaycan vətədanşları ilə dialoqlar quraraq məlumatlar toplamağa çalışıb.

“Baş tutmayan tələ” sənədli filmini oxucularımıza təqdim edirik: