b0414929 f9dd 361d a028 702ea55fb0f2 825

Ermənistan parlamenti Qazaxıstanla miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Sənəd bir ölkənin vətəndaşlarına digər ölkədə 90 gün müddətində vizasız qalmağa icazə verir. Bundan sonra iş, təhsil, müalicə və digər məqsədlər üçün müvəqqəti yaşayış icazəsi almaq mümkün olacaq.

Bundan əlavə, Ermənistan və Qazaxıstanın miqrasiya sahəsində dövlət orqanları tərəflərin bu ölkələrin ərazisində olan vətəndaşları, miqrasiya qanunvericiliyinin pozulması və s. barədə məlumat mübadiləsi aparacaq.

Qazaxıstan parlamenti sazişi sentyabrın 3-də ratifikasiya edib.

Paylaş: