Ermənipərəst ABŞ senatorunun arvadı “qara siyahı”ya salındı

Rusiya ABŞ-nin ermənipərəst senatoru Robert Menendesin erməni əsilli arvadına qarşı sansksiya tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Federasiyası ərazisinə girişi qadağan olunan 200 ABŞ vətəndaşının adı və soyadının dərc olunduğu siyahıda Nyu-Cersi ştatından olan senator, ermənipərəstliyi ilə tanınan Robert Menendesin arvadı Nadin Arslanyanın da adı var.

Diplomatik departamentin bəyanatına görə, sanksiya tətbiq edilən şəxslər arasında hakimiyyət nümayəndələri, qanunvericilər, onların qohumları, hərbi sənaye kompleksinin şirkət və müəssisələrinin rəhbərləri, habelə “rusofobik kampaniyanın təbliğində iştirak edən ekspertlər və lobbiçilər var ”.

Siyahıya Baydenin bacısı Valeri Bayden Ouens və qardaşları Ceyms və Frensis və başqaları daxildir.

Bundan başqa, Ağ Evin mətbuat katibi Karine Jan-Pyer də müvafiq sanksiya siyahısına daxil edilib.