fd290609f8932099caddb06c46b71bc0

Ermənilərin azərbaycanlıların məzarlarını dağıtmasının görüntüsü yayılıb.

Globalinfo.az xəbər verir ki, növbəti erməni vandalizmi ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Videogörüntüdə ermənilərin Xankəndi yaxınlığında vaxtilə azərbaycanlıların yaşadığı kəndlərdən birinin qəbiristanlığında qəbirləri dağıtması əks olunub.

Qəbirləri dağıdan avtomobilin nömrəsi də açıq görünür – 25 XA 843.

Son 10-15 gündür Ermənistan Azərbaycan hərbçilərini hərbi əsirləri öldürməkdə ittiham edir. Mənşəyi bəlli olmayan, həqiqət olub-olmadığı aşkarlanmayan həmin video üzərindən bir sıra Qərb dövlətləri, Avropa təşkilatları ermənilərə qoşulub, üstümüzə gəlir. Azərbaycanı silahsız ermənilərə qarşı qəddar davranmaqda suçlayır.

Bəs görəsən bu qəbiristanlıq vandallığına Qərb dövlətləri, beynəlxalq təşkilatlar nə deyəcək? Videoada hər şey detallı görünür: maşının nömrəsinə kimi ortadadır.

Ümid edirik, bu dəfə beynəlxaq birlik Ermənistanın sözügedən vəhşiliyini, humanizmə, insanlığa sığmayan rəftarını ifşa edəcək, bu vandallığın əməl və ideya müəlliflərinin cəzalanması üçün gərəkən addımlar atılacaq.

Paylaş: