Erkin Qədirlinin “saxta seçki” fikrinə həmkarından SƏRT CAVAB: “Hörmətsizlikdir…”

“2020-ci ilin mart ayının 5-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqinə dair” Qərar qəbul edərək 121 seçki dairəsi üzrə seçkilərin nəticələrini təsdiq edib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, həmin normativ xarakterli aktın özündə ifadə olunduğu kimi, bu qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz:

“Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin IX bəndinə əsasən Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Belə bir situasiyada, seçkilərin nəticələrini şübhə altına almaq, ilk növbədə, Konstitusiya Məhkəməsinin həmin Qərarına, beləliklə də, Azərbaycan Respublikası Konstitusiyasına hörmətsizlikdir”.

Xatırladaq ki, ötən gün Milli Məclisin REAL partiyasından olan üzvü Erkin Qədirli bloger Mehman Hüseynova açıqlamasında Azərbaycanda demokratik seçkinin mövcud olmadığını, heç özünün də demokratik yolla deputat seçilmədiyini deyib. Onun bu açıqlaması ölkədə ciddi siyasi-ictimai təlatum yaradıb. Milli Məcilisin xeyli sayda üzvü E.Qədirliyə bu və digər arqumentlərlə cavab verirlər.

Zaira Akifqızı
Globalinfo.az