gul 0

Bakıda ərini öldürən qadınla bağlı dəhşətli fakt məlum olub. 

Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Elmira İbrahimova ərini tüfənglə güllələyib öldürdükdən sonra onu yaşadığı evin həyətində basdırıb.

Daha sonra isə izi itirmək məqsədi ilə ərinin məzarının üstünə gül-çiçək əkib.

Qadın polisə yalan məlumat verərək ərinin itkin düşdüyünü bildirib.

Samir Əliyevin meyiti basdırıldığı yerdən çıxarılaraq ekspertizaya təhvil verilib.

X X X

Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyənləşib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Paylaş: