“RT” telekanalının baş redaktoru Marqarita Simonyan uşağının ölümcül xəstə olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Boris Korçevnikovla müsahibəsində danışıb.
O, ərinin komaya düşən zaman övladının xəstəliyinin ortaya çıxdığını deyib.
“Tiqran komaya düşəndə məlum oldu ki, uşaqlarımızdan biri ciddi xəstədir və bu, müalicə edilə bilməzdi. Bu barədə danışmaq mənə hələ də çətindir”, – deyə Simonyan bildirib.
O, baş verənləri fəlakət adlandırıb. Jurnalist uşağının diaqnozunu açıqlamaqdan imtina edib.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Marqarita Simonyan xərçəng xəstəliyinə görə müalicə aldığını demişdi.
26 sentyabr 2025-ci ildə isə jurnalistin əri, rejissor Tiqran Keosayan vəfat edib.
Əliyar Xəlil
Globalinfo.az