ereb birliyi liqasi

Ərəb Liqası Fələstin məsələsinə görə fevralın 27-də Qahirədə növbədənkənar sammit keçirəcək.

Globalinfo.az xəbər verir ki, məlumatı Misir Xarici İşlər Nazirliyi yayıb.

Sammitdə Fələstin ətrafındakı son məsələlərin müzakirə ediləcəyi bildirilib. Fələstinin sammitin keçirilməsini tələb edən əsas tərəf olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə Tramp Qəzzadakı əhalinin ərəb ölkələrində yerləşdirilməsini tələb edib. O bunu Qəzzanın bərpası üçün etdiyini bildirib. Lakin ərəblər və bir sıra Qərb ölkələri Qəzza əhalisinin köçürülməsinə qarşı çıxırlar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: