Ərdoğanla Zelenskinin görüşü başladı – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski R.T. Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.

Prezidentlər İstanbulda görüşürlər.

İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olacaq.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa turnesi çərçivəsində Türkiyəyə səfər edib. Zelenski əsasən həmkarı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Teleqram kanalında paylaşım edilib.

“Türkiyədə məhsuldar bir günü başa vururuq:

Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar, Sülh formulu, NATO sammiti, Təhlükəsizlik zəmanətləri və taxıl təşəbbüsü ilə bağlı mövqelərin koordinasiyası, Ukraynanın bərpası, müəssisələrimiz arasında müdafiə müqavilələri”, – deyə Zelenski paylaşımda qeyd edib.