Ərdoğanla Paşinyan telefonla nə danışıb? – RƏSMİ

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığımız çox vacib və faydalı oldu”.

Globalinfo.az xəbər verir ki,bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin “İctimai” televiziyasına müsahibəsində deyib.

“Söhbətimiz çox rəsmi keçdi. Burada bir sıra incə məqamlar var. Mövqelər və vəziyyətin son dəyərləndirməsilə bağlı onlarla daimi ünsiyyətdə olmaq vacibdir”, -deyə o bildirib.

Ayşən Mustafa 

Globalinfo.az