1695816477 f03d2138 6fac 3874 951c c2a4c3a3f994 850

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakimiyyətin mümkün varisi məsələsini nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin yazdığına görə, Prezidentin oğlu Bilal Ərdoğan son dövrlər daha fəal görünür.

“Bloomberg” bildirir ki, o, xarici səfərlərdə atasını tez-tez müşayiət edir, kadr məsələlərində iştirak edir və hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində ona sadiq çevrənin formalaşmasında rol oynayır.

Məlumatda bildirilir ki, 44 yaşlı Bilal Ərdoğan açıq şəkildə siyasi ambisiyalarının olmadığını desə də, hakimiyyətə yaxın mənbələr onun qeyri-rəsmi siyasi hazırlıq mərhələsindən keçdiyini iddia edirlər.

Həmin mənbələrin fikrincə, o, gələcəkdə AKP liderliyi və ya vitse-prezident vəzifəsi üçün potensial namizəd kimi nəzərdən keçirilə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: