Ərdoğanın sözçüsü: “Qarabağ zəfəri bu inamı yaradıb”

“Qarabağ zəfəri təkcə Türkiyə ilə Azərbaycanda yox, bütün türk dünyasında, Mərkəzi Asiyada səmimi-qəlbdən qeyd olunur”.

Globalinfo.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O deyib ki, Qarabağ zəfəri türk dünyasının nələri bacara bildiyinə dair inam yaradıb.