Ərdoğanın rəqibi bu tarixdə bəlli olacaq

Türkiyədə növbəti prezident seçkiləriylə bağlı canlanma yaranıb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu ilin may ayında seçkilərin keçiriləcəyini açıqlaması onun rəqiblərini hərəkətə gətirib. Qardaş ölkədə prezident seçkilərinin may ayının 14-də keçiriləcəyi gözlənilir. 

Globalinfo.az Yenisabah.az-a istinadən xəbər verir ki, hakim düşərgədən sonra müxalifət cəbhəsi də seçki hazırlıqlarına başlayıb. Türkiyənin aparıcı müxalifət partiyalarının birləşdiyi “altılı masa” özünün vahid namizədini müəyyənləşdirmək üçün növbəti dəfə bir araya gəlib. Bu barədə isə “Reuters” məlumat yayıb.

Agentlik müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin baş müşaviri Ünal Çeviközə istinadla bildirib ki, “altılı masa” prezidentliyə namizədinin adının fevral ayında elan edəcək.

CHP funskionerlərinin iştirakı ilə xarici jurnalistlər üçün mətbuat konfransı keçirən Ü. Çeviköz vahid namizədin kimliyi ilə bağlı hər hansı ipucu verməyib.