Ərdoğanın dayısı oğlu Mehmet Mutlu vəfat etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu 64 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, ötən həftə infarkt keçirən Mehmet Mutlu Mərmərə Universiteti Araşdırma Xəstəxanasına aparılıb və ürək damarlarına stent qoyulub.

Bu gün evə buraxılan Mutlu evdə yenidən infarkt keçirib, Ümraniye Dövlət Xəstəxanasına aparılarkən dünyasını dəyişib.

İstanbulda torpağa tapşırılacaq Mehmet Mutlunun dəfn mərasiminə prezident R.T.Ərdoğanın qatılacağı gözlənilir.

Qeyd edək ki, Mehmet Mutlu ölkəmizdə də tanınan iş adamı idi. O, Azərbaycanın bir neçə rayonunda şəhid və qazi övladları üçün layihələr həyata keçirib.