Ərdoğandan xalqa çağırış: “Qutuların yanında qalın”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa çağırış edib. 

Globalinfo.az xəbər verir ki, o, tvitter səhifəsində paylaşım edərək insanları səsvermə qutularının yanından ayrılmamağa çağırıb:

“Səhər erkən saatlardan etibarən seçki məntəqələrində fədakarlıqla çalışan bütün mübarizə yoldaşlarıma təşəkkür edirəm. Bütün qardaşlarımı səsvermənin nəticələri dəqiqləşənə kimi səsvermə qutularının yanında qalmağa dəvət edirəm. İndi son ana qədər millətimizin iradəsini qorumaq vaxtıdır”.

Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Globalinfo.az