Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Srebrenitsa soyqırımı”nın ildönümü ilə bağlı yayımladığı müraciətdə oxşar faciələrin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti daha qətiyyətli olmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Ərdoğan bildirib ki, Türkiyə 1995-ci ildə Srebrenitsada baş verən qətliam kimi hadisələrin yenidən yaşanmaması üçün səylərini davam etdirir və bu istiqamətdə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çalışır.
Türkiyə lideri həmçinin vurğulayıb ki, Ankara Bosniya və Herseqovinanın suverenliyini, ərazi bütövlüyünü və sabitliyini dəstəkləməyə davam edəcək.
Onun sözlərinə görə, Türkiyə bütün dini və etnik icmaların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı güclü və firavan Bosniya və Herseqovinanın tərəfdarıdır.
Tahir Turan
Globalinfo.az