erdogan

“Yeni hökumətdə heyət dəyişikliyi gözlənilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”nin ortaq yayımında deyib.

Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə hansı dəyişikləri edəcəyinə aydınlıq gətirib:

“Mayın 29-da çox fərqli oyanacağıq. İlk mərhələdəki yol xəritəsini dəqiq tətbiq edəcəyimizi deyə bilmərəm. Hazırkı Nazirlər Kabinetimiz böyük bir sınaqdan çıxıb, amma yeni dövrdə bir az fərqli olacaq. Biz bunun üzərində işləyirik. Mövcud çatışmazlıqlarımızı aradan qaldıraraq yeni kabinetlə davam etmək niyyətindəyik”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin qeyd edib ki, 28 May üçün işlərə başlanılıb:

“Artıq 28 May üçün işə başlamışıq. Bu gün bütün liderlərlə görüşlərim oldu. Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik. Mən həftəsonu zəlzələ zonasının müəyyən hissəsinə baş çəkəcəyəm. Zəlzələ bölgəsində insanlarla mitinq xarakterli toplantılar keçirə bilərik. Çalışacağıq ki, insanlarımızı motivasiya edək. Defnedə xəstəxana ilə bağlı “bacarmazlar” dedilər. Hazırda dövlət xəstəxanasının tikintisi başa çatıb”, – Ərdoğan bildirib.

Türkiyə lideri bir daha seçkiyə gedən hər bir vətəndaşa təşəkkürünü ifadə edib:

“Xalqımızın göstərdiyi yetkinlik hər cür təqdirəlayiqdir. Səslərin 49,5 faizinə çatdıq. Millətimiz Xalq Alyansına 322 deputat verib”.

Paylaş: