Ərdoğandan səsvermə paylaşımı: “Bunun vaxtıdır”

“Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə qeyd edib.

“İndi, həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!..” – deyə, R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.