erdogan imza

Türkiyə hökumətinin qərarı ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan ölkələrdən bəzi növ plastik məmulatların idxalına gömrük rüsumları artırılıb. Bu məsələdə yalnız Azərbaycan üçün istisna edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın idxal rejiminin dəyişdirilməsi ilə bağlı Sərəncamı Türkiyə hökumətinin rəsmi qəzetində – “Rəsmi Qəzetə”də – dərc olunub.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, gömrük rüsumlarının artırılması yerli istehsalın qorunması və stimullaşdırılması, habelə ölkənin ticarət kəsirinin azaldılması səyləri ilə bağlıdır.

Hökumətin qərarına əsasən, ÜTT-ə daxil olmayan ölkələrdən (Azərbaycan istisna olmaqla) idxal olunan plastik məmulatın bir tonu üçün 50-400 ABŞ dolları arasında əlavə rüsum tutulacaq.

Qərar dərc edildiyi andan 30 gün sonra qüvvəyə minir.

Paylaş: