Ərdoğandan İrandakı terror aktı ilə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda baş verən terror aktı ilə bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, ölkə başçısının “X” sosial media hesabında paylaşımda deyilir:

“İranın Kerman əyalətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Dost və qardaş İran xalqına başsağlığı verirəm”.