Maraqlı görüntülər: Ərdoğan Akarla belə danışdı – VİDEO

***15:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon vasitəsilə Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciət edib.

Globalinfo.az bildirir ki, Türkiyə müdafiə naziri Hulusi Akarla telefon bağlantısı yaradan Prezident Ərdoğan telefonun səsgücləndiricisi ilə hərbçilərə müraciət edib və çətin hava şəraitində təşkil edilən təlimlərin hərbçiləri daha da gücləndirəcəyini deyib.

“İnanıram ki, siz dostlara güc, düşmənlərə qorxu verdiniz. Azərbaycan-Türkiyə hərbi təlimləri bir daha göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz”, – Ərdoğan vurğulayıb.

Aqşin
Globalinfo.az