eeee

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqtisadi boykot çağırışları ilə bağlı ilk dəfə danışıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.

Ərdoğan çağırışların istənilən effekti vermədiyini deyib:

“Onların gözlədiyi kimi olmadı. Millətim ölkənin əleyhinə kampaniya aparanları bağışlamır. Əksinə, daha çox alış-veriş edirlər. Bu, milli mövqeyin necə olduğunu göstərir”.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun həbsindən sonra CHP sədri Özgür Özəl 2 aprel tarixi üçün iqtisadi boykot çağırışı edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: