ABŞ prezidenti Co Bayden və onun administrasiyası müharibə cinayətlərində və Qəzzada beynəlxalq hüququn pozulmasında İsraillə şərikdir.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
“ABŞ administrasiyası bu müharibə cinayətlərinə məhəl qoymur və İsrailə maksimum dəstək verir. Onlar bu qanun pozuntularınna ortaq olduqları üçün belə edirlər. Bəs İsrailə qarşı kim və hansı sanksiyalar tətbiq edəcək. Bu, heç kimin cavab verə bilmədiyi əsas sualdır”, – Ərdoğan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az