Ərdoğan təyyarədə antiterror əməliyyatından danışdı

“Azərbaycanlı qardaşlarımızı əməliyyatdan sonra mülki şəxslərə qarşı göstərdikləri humanist və vicdanlı münasibətə görə təbrik edirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərindən sonra təyyarədə mətbuata açıqlamasında bildirib.

“Antiterror əməliyyatlarında qazanılan uğura görə Can Azərbaycanı bir daha təbrik edirəm. 30 il əvvəl Qarabağın işğalı və torpaqlar azad olunduqdan sonra yaşananlar arasındakı fərq yaddaşlara həkk olunub. Son əməliyyat nəticəsində Azərbaycanın Qarabağ üzərindəki suverenliyi tam bərpa olundu. Ən önəmlisi isə odur ki, 44 günlük müharibədən sonra bölgədə daimi sülh və sabitliyin bərqərar olması üçün yeni imkanlar yarandı. Ermənistandan prosesi uzatmaq əvəzinə güclü iradə nümayiş etdirməyi gözləyirik”, – Ərdoğan deyib.

Əliyar Xəlil
Globalinfo.az