Ərdoğan zəlzələlərin Türkiyəyə vurduğu zərəri açıqladı – ŞOK RƏQƏMLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş verən zəlzələlərin vurduğu ziyanı 104 milyard dollar qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə Ərdoğan bu rəqəmi Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında Türkiyə iqtisadiyyatının hazırkı durumundan danışarkən deyib.

“Türkiyə güclü zəlzələ yaşadı. Fevralın 6-da baş verən zəlzələlər 53 mindən çox insanın həyatına son qoyub. Ümumilikdə 11 əyalət və 14 milyon insanı əhatə edən zəlzələnin iqtisadiyyatımıza dəymiş ziyanı 104 milyard dollar təşkil edib. Təkcə evlər deyil, istehsal müəssisələri də dağılıb”, – Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin cənub-şərqində infrastruktura ciddi ziyan dəyib.

“Ticarət mərkəzləri dağıdılıb, istehsal müəssisələri bağlanıb. kataklizm nəticəsində 170 minə yaxın iş yeri itirilib. Heç bir iqtisadiyyat belə bir fəlakətin öhdəsindən asanlıqla gələ bilməz”, – deyə Ərdoğan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az