Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Çempionatına vəsiqə qazanan Türkiyə millisini təbrik edib.
Globalinfo.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı sosial media hesablarında paylaşım edib.
“2026-cı il Dünya Çempionatının pley-off mərhələsində Kosovanı məğlub edərək Dünya Çempionatının finallarında iştirak hüququ qazanan milli yığmamızı, bizim uşaqları ürəkdən təbrik edirəm”, – paylaşımda deyilir.
Aysel Əliyeva
Globalinfo.az