ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında iyun ayında Ağ Evdə görüş keçirilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Nəşr yazır ki, CNN jurnalisti Ağ Evdəki mənbələrin məlumatına əsasən, Trampın gələn ay Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcəyini söyləyib. Hələlik səfərlə bağlı yekun qərar verilməyib.
Türkiyə prezident administrasiyasındakı mənbə “RİA Novosti”yə bildirib ki, ABŞ prezidentinin bu ölkəyə səfəri gözlənilir, amma tarixi hələ məlum deyil.
Liderlər arasında daha bir görüşün aprel-may aylarında Ağ Evdə keçirilməsinin planlandığı deyilir. Məlumata görə, Ankara və Vaşinqton Ərdoğan-Tramp görüşü üçün variantlar üzərində işləyirlər.
Ayşən Mustafa
Globalinfo.az