Ərdoğan Stoltenberq və İsveçin Baş Naziri ilə üçtərəfli görüş keçirdi

Litvada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson və NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Ofisi rəsmi Tvitter hesabında paylaşım edib.

Görüş mətbuata bağlı qapılar arxasında baş tutub.